“Volkswagen” 16 mindən çox avtomobili geri çağırır - Ön hava yastığında qüsur var

“Volkswagen” şirkəti 16 min 500 avtomobili hava yastığındakı təhlükəli qüsura görə geri çağırır. Avtosfer.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, qüsur daimi keyfiyyət yoxlamaları zamanı bir təchizatçının məlumatı əsasında aşkarlanıb və geri çağırılma profilaktik tədbir kimi həyata keçirilir. Hava yastığının qaz generatorundakı nasazlıq “Polo”, “Passat”, “Taigo”, “ID.7”, “ID.7 Tourer” və “ID.Buzz” modellərində aşkarlanıb. Şirkətin məlumatında qəzalar zamanı bu hissənin partlaması və tərkibindəki komponentlərin qoparaq sərnişinlərə ağır və ya ölümcül xəsarətlər yetirməsinin mümkünlüyü qeyd olunub. Bu modellərin sahibləri şirkət tərəfindən məlumatlandırıldıqdan sonra rəsmi dilerlərlə əlaqə saxlayaraq avtomobillərini texniki baxışa aparmalıdırlar. Təmir prosesi zamanı ön hava yastığı deaktiv ediləcəyi bildirilib və ön sərnişin oturacağından istifadə edilməməsi tövsiyə olunub.
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi
Maşında musiqiyə qulaq asanlar CƏRİMƏLƏNƏCƏK
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR












