Yol kənarlarındakı təhlükə mənbəyi: İstismara yararsız və tərk edilmiş avtomobillər - FOTO

Son illər şəhərlərimizin küçələrində narahatedici bir mənzərə ilə tez-tez rastlaşırıq - yol kənarlarına atılmış, yararsız vəziyyətdə olan və sahibsiz qalmış avtomobillər.

Bu avtomobillər şəhərlərin estetik görünüşünü korlamaqla yanaşı, ekoloji tarazlığa və yol hərəkəti təhlükəsizliyinə də ciddi təhdid yaradır.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanlanıb.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlamasında bildirib ki, illərdir istismar olunan və texniki baxımdan yararsız vəziyyətə düşən bu avtomobillər həm ətraf mühitin çirklənməsinə səbəb olur, həm də xüsusilə sutkanın qaranlıq vaxtlarında və ya məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçıları üçün real təhlükə mənbəyinə çevrilir.

"Onların sahiblərinin müəyyən edilməsi əlavə vaxt itkisinə, evakuasiyası isə sonradan şikayətlərə, mülki zəmində mübahisələrə səbəb olur. Ölkəmizdə köhnəlmiş nəqliyyat vasitələrinin idxalının məhdudlaşdırılması, bununla yanaşı, ekoloji təmiz və təhlükəsizlik xüsusiyyətləri yüksək olan nəqliyyat vasitələrinə sürətli keçidin stimullaşdırılması məqsədilə zəruri addımlar atılıb, utilizasiya proqramı qəbul edilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin çıxdaş edilməsi ilə bağlı dəfələrlə əhaliyə çağırışlar edilib, bu sahədə qeydiyyat hərəkətlərinin aparılması sadələşdirilib.

Odur ki, bir daha mülkiyyətində və ya sahibliyində olan avtomobilləri yol kənarlarına atan şəxslərə müraciət edərək, bu kimi halların yolverilməz olduğunu bildirir, onları utilizasiya proqramından yararlanmağa, eləcə də ətraf mühitin qorunması və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində qanunla üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çağırırıq. Hesab edirəm ki, bu həm də COP29 ərəfəsində ölkəmiz barəsində müsbət imicin formalaşmasına verilən töhfə olardı", - deyə M.Ağayev qeyd edib.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












