Zolaq izləmə sistemi necə işləyir? - Avtomobillərin həyat qurtaran xüsusiyyəti

Avtomobil istehsalçılarının sərmayə qoyduğu ən böyük sahələrdən biri də nəqliyyat vasitələrinin təhlükəsizlik sistemləridir. Zolaq izləmə sistemi də bu təhlükəsizlik xüsusiyyətləri arasında çox əhəmiyyətli bir yerə malikdir. Sürət, xüsusilə uzun səfərlərdə və sürücünün diqqətinin yayındığı nöqtələrdə həyat qurtaran xüsusiyyət kimi diqqəti çəkir.
İndi gəlin birlikdə bu sistemin necə işlədiyini araşdıraq.
Zolaq izləmə sistemi avtomobilin ön hissəsində quraşdırılan kameradan istifadə edir.
Sistem bu kamera vasitəsilə yoldakı zolaq xətlərini müəyyən edir.
İstehsalçılar ümumiyyətlə bu kameraları arxa görünüş güzgüsünün arxasına yerləşdirir.
Kameranın çəkdiyi görüntülər sistem tərəfindən avtomobilin zolaq işarələri ilə bağlı mövqeyini müəyyən etmək üçün işlənir. Avtomobil zolaqdan kənara çıxdığı zaman sistem səsli və ya vizual olaraq, bəzi avtomobillərdə sükana vibrasiya göndərərək sürücüyə xəbərdarlıq edir. Bəzi zolaq izləmə sistemləri avtomatik olaraq avtomobili zolaqda saxlayayaraq düzəliş manevrlərini də edə bilər.

Təbii ki, sistemin bu məqamda aktivləşməsinin avtomobilin sürətindən asılı olduğunu da qeyd etmək lazımıdr.
Avtomobil zolaq izləmə sistemi üçün nəzərdə tutulmuş sürət həddindən aşağı olarsa, sürücü zolaqları dəyişməzdən əvvəl siqnal verərsə sistem avtomomatik deaktiv olur.
Bəs, hansı hallarda sistem işləmir?
Yağış və ya duman kimi pis hava şəraitində, zolaq xətləri bulanıq olduqda və ya aydın görünməyəndə sistem işləmir.
Namiq Musayev
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı - VİDEO
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO










