Azərbaycanda ekoloji vergi tətbiq olunacaq? - AÇIQLAMA

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, Azərbaycanda ekoloji vergilərin tətbiqinə dair təkliflər hazırlanacaq.
O, bu cür vergilərin fəaliyyəti ətraf mühitə mənfi təsir göstərən şirkətlərə tətbiq edilməli olduğuna aydınlıq gətirib.
Dövlət Vergi Xidmətinin təkliflərini dəyərləndirən ekoloq Rövşən Abbasov Redaktor.az-a dedi ki, karbon vergilərini tutmamışdan əvvəl ilk növbədə qanunverici bazanı yaratmaq və onu təkmilləşdirmək lazımdır:
"Yəni ikinci bir mexanizm əlbəttə ki, emal sistemlərinin düzgün qurulmasıdır ki, hər şirkətdən gələn karbon qazını hesablamaq mümkün olsun. Bunun müqabilində artıq monitorinq işləri təşkil olunmalıdır. Yəni bir şirkətin atmosferə nə qədər karbon qazı atdığını hesablamaq üçün monitorinq sisteminin olması çox vacibdir. Bundan sonra yalnız vergitutmalara getmək olar. Hesab edirəm ki, yaxın gələcəkdə yox, bir neçə il sonra bunun işlənilməsi və tətbiqi öz əksini tapa bilər".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











