Bakıda COP29-a həsr olunan Zirvə görüşü keçiriləcək

Bakıda Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçiriləcək görüş “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusuna həsr olunacaq.
III Zirvə görüşündə açılış nitqi ilə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxış edəcək.
“The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluğu ilə keçəcək forumda iştirak edən beynəlxalq təşkilat rəhbərləri və nümayəndələrinin proqram üzrə çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, 1-3 may tarixlərini əhatə edəcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Mədəniyyət Nazirliyinin təşkilatçılığı, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT Turizmin birgə tərəfdaşlığı ilə keçirilir.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











