COP29: Bakıda 70 min nəfərlik tədbir - Məram və məqsədlər...

"Ətraf mühitin və atmosferin çirklənməsi nəticə etibarıyla iqlim dəyişikliyinə səbəb olur".
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev Azərbaycanda keçiriləcək COP29-un məqsəd və məramından danışarkən deyib.
Ekoloq iqlim dəyişikliyinin qlobal problem olduğunu qeyd edib:
"Yəni bu, bütün dünyanı əhatə edən bir problemdir. COP29-un keçirilməsində məqsəd odur ki, bütün dünya dövlətləri bu iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıdır. Hərə öz ölkəsində atmosferə buraxılan qazların miqdarını azaltmalıdır. Biz artıq daxili yanma mühərikləri ilə işləyən avtomobillərdən imtina edib elektromobillərə keçməliyik, alternativ enerji olan külək və günəş enerjisindən istifadə etməliyik. Düzdür, bütün dünyada bundan istifadə 15-20% təşkil edirsə də, bəzi ölkələrdə bu 30-40%-ə çatır. Biz bunu daha da artırmalıyıq".

Xosrov Musayev hesab edir ki, ənənəvi enerjidən, daxili yanma mühərriklərindən istifadəni azaldıb, daha çox günəş, külək enerjisindən istifadəni artırmaqla dünya ölkələrinə töhfə verə bilərik:
"O cümlədən işğaldan azad olunan ərazilərdə Prezident İlham Əliyevin hərəyə bir yaşıl zona elan etməsi və orada olan enerji resurslarının, xüsusu olaraq külək və günəş enerjisindən istifadəni daha da artırmasını məqsədyönlü hesab edir. COP29-a 70 min adam dəvət alıb, 180-ə qədər ölkədən Azərbaycan qonaq gələcək. Bu onu göstərir ki, Azərbaycan bir dövlət olaraq dünyada öz sözünü deyən ölkədir. Bununla o özünün qlobal dünyada baş verən iqlim dəyişikliyinə öz töhfəsini verəcək".
Xosvov Musayev dünya torpaqlarının artıq 80%-nin münbitliyinin azaldığını vurğulayıb:
"Bunun qarşısı alınmalıdır. Bunun üçün də bütün dünya səfərbər olmalıdır. Ekoloji problem qlobaldır. Hər hansı bir ölkədə havanın, suyun çirklənməsi digər ölkələrə də mənfi təsir göstərir. Ona görə bütün dünya bu məsələdə həmrəy olmalıdır".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











