Reklam

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər - RƏSMİ

COP29 10 May 2024 14:11 Oxunub 524
COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Parlament seçkisinə hazırlıq prosesi davam edir”.

Avtosfer.az xəbər verir ki, bunu jurnalist açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, qanunvericiliyə görə, noyabrın ilk bazar günü seçki keçirilməlidir:

“Lakin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə əlaqədar seçkinin daha tez keçirilməsi məqsədəuyğun hesab olunur. Bununla əlaqədar geniş maarifləndirmə tədbirlərinə başlamışıq. Maarifləndirmə proqramı təsdiq edilib, Mərkəzi Seçki Komissiyası bunu bəyənib. Bu günlərdə MSK iclasında bunu müzakirə edəcəyik. Artıq vaxtı çatıb. Atılacaq addımların şahidi olacaqsınız”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh