Yükdaşıma tələbi artmaqda davam edəcək

Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) yükdaşıma tələbinin artmaqda davam edəcəyi proqnozlaşdırır.
Avtosfer.az xəbər verir ki, bunu qurumun və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski COP29 çərçivəsində təşkil olunmuş “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
Onun sözlərinə görə, bu artımın əsas qüvvəsi beynəlxalq yük daşımaları olacaq:
"Bunun öz növbəsində nəqliyyat emissiyalarının davamlı artımına təkan verəcəyi gözlənilir. Biz beynəlxalq ticarətin artırılmasını nəqliyyat emissiyalarının artımından ayırmalıyıq. Dəmir yolu aşağı karbonlu və yüksək səmərəli nəqliyyat növü kimi 21-ci əsrin qlobal çağırışlarına cavab verə bilər. Amma bu gün dəmir yolu ilə daşımaların payı azalır. 2008-2022-ci illər arasında qlobal miqyasda dəmir yolundan avtomobil yoluna doğru qlobal keçid 7 % olub və dövlət xərcləri 31 % azalıb. Orta dəhlizin daha da optimallaşdırılmasında rəhbərlik və bacarıqların artırılması vacibdir".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











