«07» atı vurub öldürdü, 2 nəfər xəsarət aldı - FOTO

Göyçayda yol nəqliyyat hadisəsi zamanı at avtomobilin içinə girib, iki nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Rayonun Cəyirli kənd sakini 1994-cü il təvəllüdlü Adıgözəlov Aqil Şamil oğlu idarə etdiyi 10-SB-804 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı atı vurub. Zərbənin təsiri nəticəsində at avtomobilin içinə girib. Hadisə zamanı at ölüb, sürücü Aqil Adıgözəlov və sərnişini 1993-cü il təvəllüdlü Saabov Ağarza Şirbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, hadisəyə səbəb gecənin qaranlıq vaxtı atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsi səbəb olub. Hazırda atın sahibi axtarılır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar















