10 yaşlı qızı vurub qaçan sürücü tutuldu

Noyabrın 24-də saat 14:30 radələrində Neftçala rayon sakini Dabil Mustafayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi, atasına məxsus “VAZ-1043” markalı, 47-BD-087 dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Qaçaqkənd-Xəzərkənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2005-ci il təvəllüdlü Aysel Nəcəfovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Baş Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin İstintaq Qrupunda Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. D.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Fidan
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












