132 nömrəli avtobus nə vaxt yenilənəcək? - AYNA-dan CAVAB

Bakının bir çox ərazilərində "BakuBus"a və digər şirkətlərə aid müasir avtobuslar fəaliyyət göstərir, lakin hələ də köhnə, kondisionersiz olan avtobuslara da rast gəlmək mümkündür. Buna Hövsan-"Əhmədli" metrostansiyası istiqamətində hərəkət edən 132 nömrəli marşrut xəttinə aid olan avtobusları da misal göstərmək olar. Hərçənd bu istiqamətdə hərəkət edən başqa avtobuslar da var və "BakuBus"a aiddir. Məsələ orasındadır ki, həmin avtobuslar Hövsan-MİDA ərazisindən "Əhmədli" metrostansiyasına gedən yoldakı bütün dayanacaqlarda saxlamırlar, qiymətləri isə 70 qəpik təşkil edir. Bu isə avtobusa minib ayaqüstə azı 40 dəqiqəlik yol gedəcək olan sərnişini "manatlıq" taksidən istifadəyə sövq edir. Ona görə də gündəlik olaraq bu yolları gedib-gələn sakinlər indiki 132 nömrəli avtobusun eyni qiymətə, lakin daha geniş və təmiz olan avtobuslara ehtiyac duyurlar.
Bəs 132 nömrəli avtobusların yeni avtobuslarla əvəzlənməsi nə vaxta gözlənilir?
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb:
"Artıq Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin ilkin tətbiqinə başlanılıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir. Hazırda Bakıda 28 küçə və prospektdə uzunluğu 80 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib".
Qurumdan qeyd edilib ki, avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır:
"Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Həmçinin bu il tədris mövsümünün başlaması ilə əlaqədar daha 170 avtobus marşrut xətlərinə cəlb edilir. Qeyd edək ki, 160 yeni elektrik avtobusu da alınıb və sərnişinlərin xidmətinə verilməsi ilə sərnişindaşımalarda istifadə olunan avtobusların sayı 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqələrdə balanslarında daha müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar qalib gələrək xətlərin istismarını həyata keçirirlər. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir". (redaktor.az)
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












