2 Fevral - Azərbaycan Gəncləri Günüdür

Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Avtosfer.az xəbər verir ki, bu əlamətdar gün gənclərə daim xüsusi diqqət və qayğı göstərən, onların problemlərinin həllini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü elan edilib. Elə həmin ildən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda rəsmi və təntənəli şəkildə qeyd olunmağa başlanılıb. Sonralar – 1999-cu il 17 dekabr tarixində BMT Baş Məclisinin qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edilsə də, Azərbaycan bu sahədə bir çox ölkələri qabaqlayıb.
Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə, onların potensialının inkişafına yönələn fərmanlar, sərəncamlar və dövlət proqramları bunun bariz nümunəsidir.
Bu gün Heydər Əliyevin gənclərə olan inam və etimadı öz real nəticələrini göstərir. Hazırda ölkədə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev ümummilli liderin müəyyənləşdirdiyi bu siyasəti ardıcıl şəkildə davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xaricdə təhsili, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait dövlət başçısının bu sahəyə göstərdiyi diqqətin göstəricisidir.
Xüsusilə 2007-ci il 16 aprel tarixli Sərəncamla təsdiqlənmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” minlərlə gəncin dünyanın aparıcı ali məktəblərində təhsil almasına imkan yaradıb.
Prezident İlham Əliyev “Azərbaycan gəncləri fəal, vətənpərvər, bilikli və savadlıdırlar. Mən gənclərə inanıram” sözləri ilə gənclərin məşğulluğunun təmin olunmasını da daim diqqətdə saxlayır.
Öz növbəsində Azərbaycan gəncliyi bu qayğını yüksək qiymətləndirərək ölkənin inkişafı naminə müəyyənləşdirilən strateji hədəflərin reallaşmasına töhfə verməyə çalışır. Dövlət başçısının 2011-ci ildə təsdiq etdiyi “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı və Gənclər Fondunun yaradılması bu siyasətin davamlılığını nümayiş etdirir.
Eyni zamanda “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakına, təhsil və məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi olaraq Vətən müharibəsi zamanı gənclər ilk gündən torpaqlarımızın azadlığı uğrunda böyük əzmkarlıq nümayiş etdiriblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr isə gənclərin istedad və bacarıqlarının üzə çıxarılmasına, onların gələcəyinin təmin olunmasına xidmət edir.
Bütün bu tədbirlər Azərbaycan gəncliyinin cəmiyyət həyatında layiqli yer tutmasına və işıqlı gələcəyə doğru inamla irəliləməsinə zəmin yaradır.
Əziz gənclər, bayramınız mübarək!
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - DİQQƏT!
Prezident Sərəncam imzaladı: 10 min manat verilir
Bu gecədən Kiçik çillə başlayır: şaxta, çovğun və sərt günlər...
Günəşdə təhlükəli aktivlik: X sinifli partlayış riski artıb
Doqquz ildir istifadəyə verilən körpü niyə işıqlandırılmır? - VİDEO
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq
Bu yollarda duman olacaq - Sürücülərin nəzərinə!
Səidin küsmə dərsi bizə nəyi öyrədir? - Elşad Hacıyevdən AÇIQLAMA
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO











