20 nəfər əlilə təkərli oturacaqlar verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə səyyar formada xidmətlərini davam etdirir.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mərkəz tərəfindən daha 20 nəfər əlilliyi olan şəxsə təkərli oturacaqlar yaşadıqları şəhər və rayonlara (Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Biləsuvar, Cəlilabad, Masallı və Lənkəran) aparılaraq təqdim edilib.
Həmin rayonlarda yaşayan digər bir qrup əlilliyi olan şəxsə də 12 reabilitasiya vasitəsi verilib.
Əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələrinin elə öz yaşadıqları bölgələrə gətirilib onlara verilməsindən razılıqlarını bildiriblər.


Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












