"20 Yanvar" dairəsində insan həyatı üçün TƏHLÜKƏ - VİDEO

Paytaxtın "20 Yanvar" dairəsindəki körpüdə böyük çat yaranıb.
Avtosfer.az xəbər verir ki, üst qatda hərəkət edən avtomobillərin təkəri yolun aralı hissəsinə düşdüyündən böyük təhlükə mənbəyi yaranır. Sözügedən problemlə bağlı "ATV səhər"də videomaterial hazırlanıb.
Yaranmış vəziyyətlə bağlı danışan sürücülər körpünün alt və üst hissəsi ilə hərəkət edən maşınları hər an təhlükənin gözlədiyini vurğulayıblar.
Bu barədə açıqlama verən Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat katibi Anar Nəcəfli problemin hər bir körpünün inşası zamanı istifadə edilən temperatur şovundan qaynaqlandığını, bunun da təhlükəsiz olduğunu deyib:
"Bütün körpülərdə temperatur şovu var. Yəni, soyuq aylarda dəmir-beton bir az yığılır, isti havalarda isə nisbətən genişlənir. Bu şovlar o prosesi tənzimləyir. Yağış yağanda isə yığılan su nəticəsində müəyyən deformasiyalar meydana gəlir. Bu o demək deyil ki, həmin körpü çatdır".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












