206 saylı marşrut yeniləndi, yarımçıqlıq aradan qalxmadı - FOTO

Bu səhər işə gələndə dayanacaqda köhnə avtobusları görməyəndə sevindim. Axır ki, bir neçə ay davam edən tərəddüddən sonra 206 saylı marşrut başqa bir daşıyıcıya verildi.
Qısa müşahidə göstərdi ki, daşımalarda kifayət qədər çeviklik yaranıb. Əvvəlki kimi yarım saat avtobus gözləməyə ehtiyac yoxdur. Yəni, daşıyıcı işini yaxşı qurub. Amma...
Marşrutun yolu tərtib edilərkən Təzə Evlər məhəlləsi yaxınlığındakı fərdi evlərdə yaşayanların vəziyyəti yenə də nəzərə alınmayıb. Xatirinizdədirsə, 2 ay əvvəl Lökbatan sakinləri 111 saylı marşrutunun yolunun uzadılmasını xahiş edirdilər. Bu barədə Xəzər TV-nin süjeti də Avtosfer.az saytında yayılmışdı. O zaman AYNA-nın nümayəndələri iddia edirdilər ki, plansız məskunlaşmaya görə avtobusların manevr etməsinə yer qalmayıb. Buna görə də, sakinlər hər gün böyük yolu piyada getməyə məcbur qalacaqlar.

AYNA-nın 111 saylı marşrutla bağlı iddiası doğrudur. Sözügedən ərazidə küçələr dardır, boş yer yoxdur. Bəs 206 saylı marşrutun son dayanacağının 500 metr yuxarı çəkilərək sakinlərin işinin asanlaşdırılmasına nə mane olur? Axı 111 saylı marşrutun son dayanacaq yeri (xalq arasında “yetim bina” kimi tanınan ərazi) daha genişdir və manevr imkanları çoxdur! 206 saylı avtobusun son dayanacağı əhalinin sıx olduğun qapalı yerdə dayanır. Buna görə də, yaxınlıqdakı binalarda yaşayanlar bütün günü avtobus tüstüsü udmağa məcbur qalıblar.
Nəticə olaraq, 130 və 206 saylı marşrutların son dayanacağı bir qədər uzağa aparılarsa, sakinlərin işi asanlaşar. Eyni zamanda marşrutların optimallaşdırılması da asanlıqla həyata keçər. Həm də sakinlərin narazılığı və söz-söhbət də aradan qalxar.
Bu mövzuda daha bir yazı aşağıdakı linkdə:
https://avtosfer.az/az/gundem/bna-ve-bakubusun-lokbatan-sakinlerine-yarimciq-komeyi-foto-197160
Vüqar Yaşaroğlu
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












