44 günün salnaməsi: Vətən müharibəsi anbaan bir kitabda
Gündəm
14 Sentyabr 2021 13:23

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəsinə həsr edilmiş kitabların siyahısına daha biri əlavə olunub. “44 gün anbaan... Rəsmi xronika” adlı kitab bu yaxınlarda TEAS Press Nəşriyyat evi tərəfindən çap edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 44 gün ərzindəki bütün çıxış, müraciət və müsahibələrinin mətni, sosial şəbəkələr vasitəsilə paylaşdıqları məlumatlar bu kitabda toplanaraq xronoloji ardıcıllıqla təqdim edilir.
Kitabda qeyd olunur ki, Azərbaycanın qazandığı tarixi zəfər “Dəmir yumruq” kimi birləşmiş bütün Azərbaycanın qələbəsidir, lakin burada başqa bir mübahisəsiz faktor da var – Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev faktoru: “...Müharibə dövrünün ən ağır yükü Azərbaycan əsgəri ilə bərabər həm də Prezidentin çiyinlərində idi – “Dəmir yumruq” sahibi olan Ali Baş Komandan “dəmir məntiqi” ilə də döyüşürdü. O, böyük intellektin, sarsılmaz iradənin, güclü qətiyyətin tələb olunduğu hər yerdə idi – diplomatiya cəbhəsində, siyasət meydanında, informasiya savaşının ən ön cərgəsində... Nəinki təkcə müharibənin gedişinə dair, həmçinin Qarabağ münaqişəsinin 30 illik tarixinə dair elə bir detal, hadisə, ideya, məqam yox idi ki, Prezident 44 gün ərzindəki çıxış, müraciət, görüş və müsahibələrində ona toxunmamış olsun, ona münasibət bildirməmiş, onu aydınlaşdırmamış olsun. Xalqın və dünyanın gözü-qulağı 44 gün ərzində yalnız onda idi. Hamı onun nə deyəcəyini gözləyirdi. Müharibənin hər anı, hər detalı Prezidentin çıxış və müsahibələrində rəsmiləşib salnamələşirdi”.
44 günlük savaşın bütün tarixi ən düzgün və obyektiv şəkildə məhz həmin çıxışlarda əks olunub. Bu çıxışlar Vətən müharibəsinin müfəssəl tarixidir, bir növ Vətən müharibəsi ensiklopediyasıdır, 44 günün salnaməsidir. Jurnalist Famil Cəfərli tərəfindən tərtib olunan 644 səhifəlik bu kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli və etibarlı məxəz rolunu oynayacaq.
Oxunub : 2564
DİGƏR XƏBƏRLƏR
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
9 Oktyabr 2026 08:38
Bu yollarda tıxac var - SİYAHI
ŞƏRH YAZ












