8 Noyabr prospektində velosiped yolu yarımçıq çəkilib? - RƏSMİ AÇIQLAMA/VİDEO

Bakının Xətai rayonu, 8 Noyabr prospektində velosiped yolu yarımçıq çəkilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü yayılıb.
Qeyd olunur ki, velosiped zolağı prospektdə dairəyə qədər uzansa da, orada yarımçıq kəsilir. Velosipedlə hərəkət edənlər yola davam etmək üçün dairənin qarşı tərəfinə keçmək məcburiyyətində qalırlar. Həmin istiqamətdə isə velosiped sürücüləri üçün hər hansı zolaq ayrılmayıb. Bu da onların davam etməsi üçün təhlükəli vəziyyət yaradır.
Problemlə əlaqədar Azərbaycan Yürüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin ərazidə təmir işləri davam etdirilir və bitəndən sonra velosiped zolaqları bir-biri ilə birləşdiriləcək:
“8 Noyabr prospektinin sağ və sol kənarlarında ümumi uzunluğu 10 km-ə yaxın velosiped yolları salınır. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır. İşlər tam yekunlaşandan sonra 8 Noyabr prospektindəki mikromobillik zolağı şəhər mərkəzində yaradılan zolaqlarla birləşdiriləcək. Qeyd edilən ərazidə də işlər davam etdirilir”.
Qurumdan, həmçinin bildirilib ki, sözügedən ərazidə xüsusi panduslar tikiləcək, Afiyəddin Cəlilov küçəsindəki zolaqla birləşdirilərək davamlılıq təmin ediləcək. Yol kəsişməsində hərəkət intensivliyi nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüləcək.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












