AAYDA ötən ilin maliyyə nəticələrini açıqlayıb

Ötən il Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 4 milyard 331,503 milyon manat təşkil edib.
Avtosfer.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4,8 % çoxdur.
AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki il olduğu kimi əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, qurumun material xərcləri 479,546 milyon manat (əvvəlki ilə nisbətən 21,3 % çox), inzibati xərcləri 135,073 milyon manat (-1,6 %), sair əməliyyat xərcləri isə 3 milyard 716,883 milyon manat (+3,2 %) təşkil edib.
Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 36 milyard 234,826 milyon manat olub ki, bu da illik müqayisədə 14,9 % çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 21,6 % azalaraq 444,054 milyon manata enib, balans kapitalı isə 15,6 % artaraq 35 milyard 790,772 milyon manata çatıb.
Xatırladaq ki, AAYDA Prezident İlham Əliyevin 18 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 716,534 milyon manatdır.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











