ABŞ-da koronavirus peyvəndinin paylanmasına başlanılır

Yeni təsdiqlənmiş koronavirus peyvəndinin olduqca soyuq temperaturda saxlanılan partiyalarının bazar günü ABŞ-ın əczaçılıq şirkəti Pfizer-in Miçiqan ştatında Kalamazo istehsal müəssisindən paylanmaq üçün Birləşmiş Ştatların hər yerinə göndərilməsinə başlanılıb.
ABŞ tarixində ən geniş peyvənd kampaniyası ölkədə COVID-19 hallarının artdığı və Cons Hopkins Universitetinin Koronavirus Tədqiqat Mərkəzinin verdiyi məlumata əsasən, koronavirus nəticəsində ölüm hallarının 300 000 həddinə çatdığı bir vaxt artıq bazar ertəsi başlaya bilər.
Trump administrasiyasının Warp Speed peyvənd hazırlanması proqramının rəsmisi, ordu generalı Qustav Perna şənbə günü keçirilən mətbuat konfransında peyvəndin ilk dozalarının təxminən 150 paylama mərkəzinə çatdırılacağını və çərşənbə gününə qədər təxminən 450 daha çox müəssisənin peyvəndi alacağını bildirib.
Birləşmiş Ştatların Ərzaq və Dərman Administrasiyası cümə axşamı ABŞ-ın dərman istehsalçısı Pfizer və Almaniyanın BioNTech şirkəti tərəfindən hazırlanan peyvəndi təcili istifadə üçün təsdiqləyib. Mənfi 70 dərəcə Selsi temperaturda saxlanılması lazım olan vaksin sınaqların son mərhələsində COVID-19-un qarşısını almaqda 95 faiz təsirli olduğunu göstərib.
Səhiyyə işçiləri və qocalar evlərinin sakinləri vaksinin ilk 2.9 milyon dozasının paylanılacağı ilk qruplar arasında olacaq. COVID-19 patogeninə qarşı maksimum müqavimətin yaranması üçün bir nəfərə üç həftə fasilə ilə iki doza lazımdır.
BioNTech şirkətinin icraçı direktoru Uğur Şahin deyib ki, peyvənd "ABŞ-da həyatların xilas olmasına kömək edəcək və normal vəziyyətə qayıtmağı sürətləndirə biləcək".
ABŞ-ın federal hökuməti xüsusilə də Moderna şirkətinin vaksininin qısa müddətdə təsdiqlənəcəyi halda yaxın həftələrdə peyvənd kampaniyasını sürətləndirməyi planlaşdırır.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Peofilaktika Mərkəzlərinin məsləhətçi qrupu şənbə günü bir araya gələrək, 16 yaşdan yuxarı insanlar üçün vaksinin geniş istifadəsini tövsiyə edib. Məsləhətçi qrup daha sonra hamilə qadınlar və yaşı 16-dan aşağı olan qrupların peyvənd edilib-edilməməsi məsələsini nəzərdən keçirəcək.
Bu iki qrup tədqiqatçıların peyvəndin daha həssas qruplar arsında sınaqdan keçirilməsindən əvvəl sağlam insanlar üçün peyvəndin təhlükəsiz olub-olmadığı müəyyən edilənə qədər ilkin sınaqlardan kənarlaşdırılmışdı.
ABŞ-ın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi doktor Antoni Fauçi cümə axşamı tənzimləyici orqanlar və dərman istehsalçılarının yanvar ayında hamilə qadınlar və gənclər arasında peyvəndlərin təhlükəsizliyini yoxlamaq üçün klinik sınaqlara başlayacağını bildirib.
Peyvənd ilk olaraq dekabrın 8-də Britaniyada təsdiq edilib və COVID-19 xəstəliyinin səbəb olduğu virusa qarşı peyvənd kampaniyası çərçivəsində vətəndaşlara peyvənd vurulmağa başlanılıb. Kanada da vaksini təsdiqləyib və yaxın günlərdə peyvəndin tətbiq edilməyə başlayacağı gözlənilir.
Bəhreyn, Meksika və Səudiyyə Ərəbistanı da Pfizer peyvəndinin istifadəsinə icazə veriblər.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










