ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib - FOTO

Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov, ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin Orta Asiya Regionu üzrə rəis müavini Robert Eller və digər səlahiyyətli şəxslər iştirak ediblər.
DGK Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi ilə uzunmüddətli əməkdaşlıqdan məmnunluqla bəhs edib, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində birgə tədbirlərin təşkili, qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib.
Görüş zamanı qarşılıqlı əməkdaşlığın, xüsusilə məlumat mübadiləsinin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Eyni zamanda Dövlət Gömrük Komitəsi əməkdaşlarının potensialının gücləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili barədə razılıq əldə olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













