Abşeron sakini avtomobilini texniki baxışdan keçirə bilmir – BDYPİ-dən AÇIQLAMA - VİDEO

Abşeronun Məmmədli kənd sakini Süleyman Əhmədov öz avtomobilini texniki baxışdan keçirə bilmir.
Məlumata görə, o, 16 il öncə özünə şəxsi avtomobil alıb, illərdir istifadə edir, ancaq indi texniki baxışdan keçirə bilmir. Süleyman Əhmədov iddia edir ki, 2008-ci ildə Almaniyadan özünə yük avtomobili gətirib, adına rəsmləşdirib və 16 ildir istifadə edir. Ancaq son bir ildə həmin nəqliyyat vəsitəsini həyətdən çıxara bilmir. Buna səbəb avtomobilə qoyulan həbs səbəbindən onu texniki baxışdan keçirə bilməməsidir. Süleyman Əhmədovun sözlərinə görə, texniki baxış üçün müraciət etdikdə ona bildirilib ki, nə vaxtsa Natiq Ağalarov adlı şəxsə idarəetmə üçün etibarnamə verib. Avtomobilin sahibi isə belə bir halın olmadığını deyir.
Mövcud məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, sürücü Süleyman Əhmədovun adına olan avtombilin texniki baxışdan keçməsi üçün hazırda heç bir problem yoxdur. 2018-ci ildə Natiq Ağalarov adlı şəxs etibarnamə əsasında verilən avtomobilə cərimə əsasında qoyulan həbs aradan qaldırılıb. Yəni həmin sürücü cəriməni tam ödədiyi üçün avtomobilin həbsinə xitam verilib. Süleyman Əhmədov bu və ya digər məsələrlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər.
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA










