Abşeronda harda boş yer varsa, satılır – Jurnalist sərt tənqid etdi

İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyəndə rayonda vəziyyət ürəkaçan deyildi. Mediaya nəzər salsanız görəcəksiniz ki, onun fəaliyyəti barədə çoxsaylı tənqidi yazılar var. İradə Gülməmmədova işdən çıxarıldıqdan sonra düşündük ki, onun yerinə təyin olunan Abdin Fərzəliyev heç olmasa xırda problemləri həll edəcək.
Bunu jurnalist Arifə Əliyeva sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, Abdin Fərzəliyevin də icra başçısı kimi Nərimanov rayonundakı fəaliyyəti İradə Gülməmmədovadan fərqlənmirdi:
"Amma deyirdik ki, Abşerona yeni təyinat alıb, özünün müsbət imicini formalaşdırmaq üçün az da olsa iş görər. Baş verənlər bunun əksini göstərir".
Jurnalist bildirib ki, Abdin Fərzəliyevin dövründə Abşeronda problemlər daha da dərinləşib: "Rayonda artıq səkilər satılıb. Qəsəbələrdəkı zibil problemi nəinki həllini tapıb, əksinə daha acınacaqlı vəziyyət yaranıb. Abşeronda obyekt əlindən gəzmək olmur. Harda boş yer varsa, satılır. Tikintilər necə gəldi aparılır, arxitektura qaydalarına əməl olunmur. Az qala qapımızın ağzında obyekt tikilir.
Rayondaxili yollardan danışmağa dəyməz. Rayonun işıqlandırma sistemi də bərbad gündədir. Təsəvvür edin, Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə qaranlığa bürünüb. Hava qaraldısa, sənin maşın idarə etməyin də cəhənnəmə çevrilir. Burda axşamlar piyada da gəzmək mümkün deyil. Çunki küçə itlərinin hücumuna məruz qalırsan. Bir sözlə yaşamaq çətindir!"
Mənbə: AFN.az
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












