Abşeronda qurumuş ağaclar yol kənarlarından götürüləcək - FOTOLAR

Bu ilin yay aylarında havaların qeyri-sabit və quraq keçməsi, güclü küləkli günlərin sayının artması səbəbindən Abşeron rayonunun müxtəlif ərazilərində qurumuş və qəzalı vəziyyətə düşmüş ağaclar insan həyatı üçün, eyni zamanda, infrastruktur, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. Bununla əlaqədar olaraq son günlərdə rayon üzrə yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlərin intensivliyi artırılıb.
Monitorinqlərin nəticəsi olaraq Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.
ETSN-in mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilib və onların götürülməsi ilə bağlı rəylər təqdim edilib. Bu rəylər əsasında ilk mərhələdə əsas avtomobil yollarından, mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından qəzalı və qurumuş ağacların götürülməsi işlərinə başlanılacaq.
Eyni zamanda, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin əməkdaşları gündəlik olaraq mövcud ağaclara aqrotexniki qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyünün suvarılması işlərini həyata keçirirlər. Götürülən hər bir ağacın yerində payız mövsümündə iqlimə uyğun yeni ağaclar əkiləcək.

1 / 9










Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












