ADSEA: "ARKA” MMC 10 500 manat cərimələnib - FOTO

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, “ARKA” MMC Kağız və Karton Fabriki 10 500 manat məbləğində inzibati cərimə olunub. Bu barədə Avtosfer.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir. Cərimə, müəssisənin istehsalat fəaliyyəti zamanı yaranan tullantı sularını qanunvericiliyin tələblərinə uyğun idarə etməməsi səbəbilə tətbiq edilib. Cəriməyə əsas verən faktlar ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fabrik tərəfindən əmələ gələn istehsalat tullantı suları müvafiq ekoloji və texniki norma və tələblərə uyğun şəkildə idarə olunmur. Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib edilib və toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub.




Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO












