ADY 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla təmsil olundu - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 24-26 sentyabr tarixlərində Çində keçirilən 7-ci Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində uğurla iştirak edib.
Azərbaycanı sərgidə ADY ilə yanaşı, milli pavilyonda ölkəmizi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC də təmsil edib.
Azərbaycanın multimodal nəqliyyat infrastrukturuna həsr edilmiş milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olub. Pavilyonda Bakıda keçiriləcək COP29 tədbiri, “yaşıl” nəqliyyat, Azərbaycanın dəmiryol şəbəkəsi, Orta Dəhliz və digər istiqamətlərdə yükdaşımalara aid müxtəlif təqdimatlar və videoçarxlar nümayiş etdirilib.
Həmçinin milli pavilyonu ziyarət edənlərə modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Orta Dəhlizə gətirdiyi əlavə üstünlüklər, optimal yükdaşıma qrafiki və əməliyyatların rəqəmsallaşdırılması haqqında geniş məlumat verilib.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












