ADY Rusiya Nəqliyyat Universitetində təhsil alacaq tələbələrə təqaüd ayırdı - FOTOLAR

Avqustun 19-da Azərbaycan Dəmir Yollarında (ADY) 2024-2025-ci tədris ili üzrə Rusiya Nəqliyyat Universitetinə (RNU) qəbul olunmuş və ADY-nin təqaüd proqramını qazanmış tələbələrlə görüş keçirilib. ADY-dən Avtosfer.az-a verilən məlumata görə, görüş tələbələrin motivasiyasını artırmaq, onları qarşıda gözləyən imkanlar və məsuliyyətlər haqqında məlumatlandırmaq məqsədi daşıyıb. ADY rəhbərliyi tələbələrə yeni tədris ilində uğurlar diləyərək onlara yüksək akademik göstəricilər əldə etməklə yanaşı, həm də ölkəmizi layiqincə təmsil etməklə bağlı tövsiyələrini verib.
Qeyd edək ki, 2023-cü ildə Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əldə olunmuş razılaşmaya əsasən azərbaycanlı tələbələrin bu universitetdə təhsil almaları üçün geniş şərait yaradılıb, təqaüd proqramı təsis edilib.
Tələbələr RNU-da müxtəlif dərəcələr üzrə – bakalavr, spesialitet və magistratura pillələri üzrə rus dilində təhsil alacaqlar. Təhsilin forması əyanidir.
Əməkdaşlıq çərçivəsində ADY tərəfindən RNU-da təhsil alacaq tələbələr üçün aylıq təqaüdün ayrılması, gediş-gəliş üzrə aviabiletin alınması, qurumun xidmət sahələrində təcrübə proqramında iştirak və işlə təmin olunma imkanları yaradılır. RNU öz növbəsində azərbaycanlı tələbələrin illik təhsil haqlarını qarşılayır, yataqxana ilə təmin edir və rus dili baryerinin aradan qaldırılması üçün əlavə olaraq rus dili üzrə hazırlıq fakültəsinin imkanlarını təklif edir.
Xatırladaq ki, 1896-cı ildə təsis edilmiş RNU hazırda multidissiplinar və təcrübə yönümlü universitet olaraq nəqliyyat və daşımalar sahəsində kadr hazırlığını təmin edən Rusiyanın ən böyük təhsil müəssisəsidir. Universitet inkişaf strategiyasını sənaye tərəfdaşları və elm mərkəzləri ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir.
Ümummilli Liderin məqsədyönlü siyasəti nəticəsində yüzlərlə azərbaycanlı gənc 1970-1985-ci illərdə RNU-da (keçmiş MIIT) nəqliyyat sektorunun müxtəlif sahələrində zəngin biliklərə yiyələnmək və sonradan bu bilikləri ölkəmizin nəqliyyat sisteminin inkişafında uğurla tətbiq etmək imkanı qazanıb.
Hazırki proqram da Ulu Öndər Heydər Əliyev tərəfindən hələ sovet dönəmində əsası qoyulmuş regionun nəqliyyat sahəsində ən yaxşı universitetlərində yerli kadrların hazırlanması təşəbbüsünün davamı olaraq insan kapitalının inkişafına mühüm töhfələr verəcək.
Qlobal nəqliyyat dəhlizlərinin qovşağına çevrilən Azərbaycanda nəqliyyat üzrə yerli kadrların hazırlanması günün prioritet məsələsidir. ADY bu təqaüd proqramının tərəfdaşı olmaqla ölkəmizin nəqliyyat sektorunda insan kapitalının inkişafına töhfə verməyi hədəfləyir və bu istiqamətdə yeni layihələr üzərində çalışır.


“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










