ADY Sabunçuda 900-dən artıq zeytun ağacı tingi əkib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ətraf mühitin qorunması və dayanıqlı inkişaf hədəflərinə sadiqliyini bir daha nümayiş etdirir.
Avtosfer.az quruma istinadən xəbər verir ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycandakı filialı ilə əməkdaşlıq çərçivəsində Sabunçu qəsəbəsindəki dəmir yolunun təhkim zolağında yaşıllaşdırma tədbirləri həyata keçirmiş və bu tədbirlər çərçivəsində 900-dən artıq zeytun ağacı tingi əkilib.
ADY-nin bu təşəbbüsü BMT-nin Qlobal Sazişinə üzv olmaqla öz üzərinə götürdüyü davamlılıq və sosial məsuliyyət prinsipləri çərçivəsində həyata vəsiqə qazanır. ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürərək ətraf mühitin qorunmasına və iqlim dəyişikliyinə qarşı mübarizəyə xüsusi önəm verir.
Bu il dəmir yollarında aparılan yaşıllaşdırma kampaniyaları çərçivəsindən minlərlə ağacın əkilməsi, o cümlədən Abşeron Dairəvi dəmir yolu marşrutu üzrə 30-a yaxın məntəqənin məişət tullantılarından təmizlənməsi ekoloji vəziyyətin yaxşılaşdırılmasına birbaşa xidmət edir.
“ADY olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün həm yerli, həm də beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, daha yaşıl və ekoloji cəhətdən dayanıqlı gələcək üçün layihələrimizi ardıcıl şəkildə həyata keçirməkdə davam edəcəyik. Yaşıl gələcək üçün birlikdə çalışaq!”, - deyə məlumatda bildirilib.




Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












