Ağacları zədələyən şəxs cəzalandırıldı

Lənkəran rayonu, Zövlə kənd orta məktəbinin qarşısında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb.
Bunu Avtosfer.az-a açıqlamasında Regional Ekologiya İdarəsinin rəisi Şakir Quliyev bildirib.
O qeyd edib ki, mütəxəssislər tərəfindən əraziyə keçirilən baxış zamanı məktəbin qarşısındakı lüqustr ağaclarının gövdəsinin üst hissəsindən sərt budanaraq zədələndiyi, lakin bioloji inkişafdan dayanmadığı müəyyən edilib.
“Araşdırma zamanı ağacların vətəndaş Tələt Cabbarov tərəfindən qanunsuz və düzgün budanmadığı aşkar olunub. Faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs 1800 manat məbləğində cərimələnib”.
Xidmət rəsmisinin sözlərinə görə, ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin direktoruna məcburi göstəriş verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












