Ağdam Sənaye Parkında dəmir yolu avadanlıqları istehsal olunur - FOTO

İşğaldan azad edilən ərazilərdə çəkilən dəmiryol xətlərinin kommunikasiya avadanlıqları Ağdam Sənaye Parkında istehsal olunur.
Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlanılacaq
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu gün Ağdam Sənaye Parkına təşkil edilən mediatur zamanı dəmir yollarında rabitə və işarəvermə avadanlıqlarının istehsal edən müəssisədən məlumat verilib.
Bildirilib ki, dəmir yolu üçün nəzərdə tutulan avadanlıqların istehsalını 2016-cı ildən fəaliyyət göstərən və 2022-ci ildən Ağdam Sənaye Parkında rezident kimi qeydə alınan RTS MMC şirkəti həyata keçirir.
Zavodda rabitə və işarəvermə avadanlıqları istehsal olunur. İlkin məlumata görə, müəssisədə həm də işıqforlar, mikroprosessor sistemi, yol qutuları, inteqrallar və s. kimi avadanlıqlar istehsal olunur.
Hazırda zavodda 30-a yaxın işçi qüvvəsi fəaliyyət göstərir. İş prosesinin daha da gücləndirilməsi üçün işçi qüvvəsinin 70 nəfərə qədər çatdırılması nəzərdə tutulub. Bununla yanaşı, işə, əsasən, yerli sakinlər cəlb edilir. Məlumat verilib ki, zavodda istehsal olunan avadanlıqlar həm daxili, həm də xarici bazar üçün nəzərdə tutulur. İstehsal olunan avadanlıqların MDB və Baltikyanı ölkələrə ixrac olunması məqsədilə danışıqlar aparılır.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" ilə müqavilə əsasında Bərdə-Ağdam ərazisindən keçən dəmir yolları yenidən quraşdırılarkən rabitə və kommunikasiya işlərinin aparılmasında bu zavodun istehsal etdiyi avadanlıqlardan istifadə olunur.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA












