“Ağdamlı Dəmir” kimi tanınan iş adamı: "Mən işimin başındayam"

"Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam". Avtosfer.az xəbər verir ki, bu barədə "report"a "Ağdamlı Dəmir” kimi tanınan iş adamı Dəmir Abdullayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib.
"Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər. Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər", - iş adamı bildirib.
O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.
Qeyd edək ki, bu gün bir sıra KİV-lər avtomobil salonları biznesi olan Dəmir Abdullayevin ötən həftə saxlanıldığı ilə bağlı xəbərlər yayımlayıblar. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətləri olduğu qeyd edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












