Ağdaşda yol faciəsi: iki bacı öldü, ata və oğul yaralandı

Ağdaş rayonunda iki nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə axşam saatlarında Ağdaş sakini, 1989-cu il təvəllüdlü Əliyev Əfqan Elton oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirərək avtomobili yolun kənarındakı daş hasara çırpıb. Hadisə zamanı sürücü Əfqan Əliyev, onun atası, 1962-ci il təvəllüdlü Əliyev Elton Cəlal oğlu, onun qaynanası, 1944-cü il təvəllüdlü Quliyeva Südabə Qabil qızı, bacısı 1948-ci il təvəllüdlü Quliyeva Fatimə Qabil qızı və ailənin qohumu, 1966-cı il təvəllüdlü Fərzəliyeva Ruhəngiz Tofiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Südabə Quliyeva hadisə yerində, bacısı Fatma Quliyeva isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 3 yaralı isə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti daha ağır olan Ruhəngiz Fərzəliyeva və Elton Əliyev hazırda reanimasiya şöbəsində koma vəziyyətindədir.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












