Ağdərə-Kəlalə avtomobil körpüsünün tikintisi bizə nə verəcək? - AÇIQLAMA

“İranın xarici işlər nazirinin müavini jurnalistlərə deyib ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisini Novruz bayramına qədər tamamlamağı planlaşdırırıq. Bu bizim üçün nə verəcək?”. Avtosfer.az "Adalet.az"a istinadən xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün açılması Zəngilan-Naxçıvan xəttində məsafəni mövcud Culfa marşrutu ilə müqayisədə təxminən 60-100 kilometr qısaldır:
“Bu fərq kağız üzərində sadə görünə bilər, amma real iqtisadi təsiri kifayət qədər ölçülə biləndir. Avtomobil daşımalarında, xüsusilə kənd təsərrüfatı məhsulları üzrə, qəbul edilən praktik yanaşmaya görə hər 100 kilometrlik məsafə məhsulun maya dəyərinə orta hesabla 0.5-3 %v əlavə yük yaradır. Məhsul ucuz olduqda, həcmi böyük olduqda və ya soyuduculu daşınma tələb edildikdə bu göstərici 3-6 %-ə qədər yüksələ bilir. Məsələn, 1 ton məhsulun dəyəri 1000 manat olduqda 100 km-lik yol daşınma xərci hesabına maya dəyərini təxminən 0.8-1.5 % artırır”.
İqtisadçının sözlərinə görə, eyni məsafə 1 ton məhsulun dəyəri 300-400 manat olan mallarda 2-5 %-lik təsir yarada bilir:
“Yəni yolun hər kilometri məhsul ucuzlaşdıqca daha ağır hiss olunur. Bu baxımdan marşrutun 60-100 kilometr qısalması kənd təsərrüfatı və gündəlik istehlak mallarında məhsulun maya dəyərində təxminən 0.3-3 % aralığında birbaşa qənaət effekti yaradır. Bunun üzərinə vaxt itkisi azalır, yanacaq sərfi düşür, sürücü və texniki resurslardan istifadə daha səmərəli olur, gecikmə və məhsul itkisi riskləri zəifləyir. Logistika xərci məhsulun qiymətində adətən görünməyən, amma bazar davranışını müəyyən edən əsas amillərdən biridir. Məsafə qısaldıqca regionlararası qiymət fərqləri azalır, tədarük daha stabil olur və Naxçıvan istiqamətində bazarın proqnozlaşdırıla bilmə səviyyəsi yüksəlir.Bu layihənin real iqtisadi dəyəri məhz buradan başlayır. Praktikada 100 kilometrlik yol bəzən məhsulun maya dəyərində 3 faizə qədər fərq yarada bilir. Bu isə artıq bazarda hiss oluna bilən nəticədir”.
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ








