Ağstafada karantin qaydalarını pozan 16 nəfər məsuliyyətə cəlb edilib - FOTO

Ağstafada sanitar-karantin qaydalarını pozan 16 nəfər şəxs məsuliyyətə cəlb edilib
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, koronavirus ("COVID-19") infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində nəzarət -profilaktik tədbirləri davam etdirir. Polis əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.
İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, ictimai nəqliyyatda- taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına RPŞ-in Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanlır. Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib, sərnişinlərə tibbi maska paylanılıb, bu qaydalara əməl etməyən 7 nəfər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.






“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?










