Ağsuda dağlıq ərazidə başlayan yanğın Şamaxı rayonuna keçib - FOTO - YENİLƏNİB

Ağsu rayonunun dağlıq ərazisində dünəndən başlayan yanğın Şamaxı rayonu ərazisinə keçib.
Avtosfer.az xəbər verir ki, Ağsunun Gəgəli kəndi tərəfində başlayan yanğının yanğınsöndürənlər və kənd əhalisinin köməkliyi ilə söndürülməsinə nail olunub.
Lakin yanğın Şamaxı rayonu istiqamətinə keçib. Hazırda həmin ərazidə yanğınsöndürmə işləri davam edir.
10:39
Ağsunun Gəgəli kəndinin şimal-qərb tərəfində, "El yeri" adlanan dağlıq ərazinin yaxınlığında yanğın başlayıb.
Avtosfer.az xəbər verir ki, ötən gün saat 22:30 radələrindən başlayaraq sözügedən ərazilərdə kol-kos yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğının söndürülməsi üçün gərgin mübarizə aparılır.
Əsas diqqət yanğının dağlardakı meşəlik ərazilərə keçmədən söndürülməsinə yönəldilib.
Qeyd edək ki, yanğınla mübarizəyə mülki vətəndaşlar da cəlb olunub.


Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












