Aİ Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırması barədə müzakirələr aparır

Azərbaycanla birlikdə Naxçıvanda dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasına başlamaq barədə müzakirələr aparırıq.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə bildirib.
“Biz indi Ermənistan, Azərbaycan və Türkiyə ilə layihələrin siyahısını tərtib edirik, konkret layihələr də prioritetləri müəyyən edir. İndi biz Azərbaycanla birlikdə Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasına başlamaq barədə müzakirələr aparırıq ki, bu da bizim üçün beynəlxalq maliyyə institutları ilə birlikdə böyük maraq doğurur. Orada nə ediriksə edirik, bu, özəl investorların gələ bilməsi üçün əsasdır. Bunlar nəhəng layihələrdir. Hələ də bunu necə edəcəyimizi bilmirəm, amma əlbəttə ki, sizə inanıram. Amma bu, həm də müəyyən dərəcədə bizim üçün yeni bir şeydir, biz bir-birimizi irəli aparırıq və bu, xoşdur. Bu gün bəzən Avropa İttifaqında qərar qəbuletmə prosesləri o qədər də asan deyil, çünki Avropa İttifaqının 27 üzvü var. Amma bu dövrdə görürük ki, məsələn, Naxçıvana birlikdə səfər bu sahədə əsl oyun dəyişdiricisi ola bilər. Türkiyə ilə müzakirələrimizdən də xəbərdarsınız”, - deyə Marta Kos qeyd edib.
Avropa Komissiyasının Genişlənmə üzrə komissarı deyib ki, Azərbayan, Ermənistan və Türkiyə arasında, sonra isə Avropa İttifaqı ilə münasibətlər məsələsi var: “Beləliklə, yaxşı əməkdaşlıq olmadan bu layihələr mümkün deyil. Biz biznesləri cəlb etməliyik”.
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO
“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir – AÇIQLAMA - VİDEO
Sərnişinlərə qatarla alternativ yollar təklif edildi - FOTO
“Ulduz” metrosu ətrafında yeni yol: Piyada bağlantısı necə olacaq? – AÇIQLAMA
Azərbaycanda 8 ay ərzində neçə minik avtomobili istehsal edilib? – Rəsmi STATİSTİKA
Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI
Dehlidə keçirilən BRİCS iclasında nələr müzakirə edilib? - POLİTOLOQ
Prezident İlham Əliyev sükan arxasına keçib - VİDEO
Bakıda bəzi küçələrdə tətbiq ediləcək “yaşıl dalğa” sistemi tıxacı azaldacaq? - DEPUTAT
Avtobusların sayı artır, problem həll olunmur – Səbəb nədir?
Bakının nəqliyyatında yük niyə iki sistemin üzərindədir? – EKSPERT











