Aktau limanının tranzit potensialı genişləndirilir

Bu gün Qazaxıstana məxsus "KTZ Express", Çinin beynəlxalq logistika şirkəti “YXE Trading Service Group” və “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” ASC arasında əməkdaşlıq üzrə üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sənədə Çin-Mərkəzi Asiya sənaye və investisiya əməkdaşlığı üzrə II Forumu çərçivəsində, Qazaxıstanın Baş nazirinin birinci müavini Roman Sklyarın iştirakı imza atılıb. Anlaşma Memorandumu çərçivəsində tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) mühüm halqalarından olan Aktau limanının terminal imkanlarının genişləndirilməsi layihələrinə diqqət yetirəcəklər. Buraya güclü küləklərə davamlı və yüklərin emal sürətini artırmağa imkan verən yüksək texnologiyalı “STS” kranlara birgə sərmayələr daxildir. "Memorandumun imzalanması bu ilin aprel ayında əldə olunmuş razılaşmaların məntiqi davamı olmaqla yanaşı, Qazaxıstanın tranzit potensialının gücləndirilməsi və “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafına sadiqliyi nümayiş etdirir", - deyə məlumatda qeyd olunub.
Avtobus sürücülərinin sərnişinlərdən “küsmə”sinin səbəbi nədir? - AÇIQLAMA
Avtomobillə işə gedənlərə PİS XƏBƏR!
Hindistanlı nazirə görə Özbəkistanın XİN başçısı da Bakıya gəldi - POLİTOLOQ
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR












