Aktauda xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərin görüşü oldu - FOTO

25 noyabr 2022-ci il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Aktau şəhərində keçirilən Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Görüşə, həmçinin Gürcüstan nümayəndə heyəti də qatılıb.
Avtosfer.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.
27 iyun 2022-ci il tarixində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşünün davamı olaraq təşkil edilən bu konfransın gündəliyində duran əsas məsələ bölgənin nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlərin müzakirəsi və tərəfdaşlığın daha da genişləndirilməsi olub. Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirilib.
Görüşdə çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qeyd edilən formatın yüksək səviyyədə qardaşlıq və tərəfdaşlıq münasibətlərinə malik bu ölkələr arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün vacib platformalardan olduğunu vurğulayıb.
Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə qeyd edilən ölkələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığının gücləndirilməsinin regional səviyyədə risklərin və çağırışların qarşısının alınması və azaldılması baxımından böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivlərinin böyük olduğu vurğulanıb. Bu dəhlizin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində nəqliyyat imkanlarını daha da artırmaq potensialına malik olduğu diqqətə çatdırılıb. Zəngəzur dəhlizi daxil olmaqla, regionda bütün kommunikasiyaların açılmasının beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcəyi qeyd olunub.
C.Bayramov iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi səyləri barədə məlumatlandırıb. Münaqişənin bitməsinin iqtisadi və kommunikasiya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün səylərdən bəhs edib.
Post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq fəaliyyətinə ən böyük maneələrdən birinin mövcud mina təhlükəsi olduğu diqqətə çatdırılıb. Bu xüsusda, Ermənistan tərəfinin post-münaqişə dövründə də Azərbaycanın ərazilərində yeni minalar basdırmaqla, Azərbaycana qarşı təhdidləri davam etdirdiyi bildirilib.
Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalanıb.




Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı











