Alim Qasımovun kürəkəni 9 il azadlıqdan məhrum edildi - FOTO

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclasa Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmdən əvvəl qeyd edilib ki, Elnur Mövlamov zərərçəkmişlərdən Rəşadət Fərzəliyevə dəymiş ziyanı ödədiyi üçün aralarında barışıq olub. Daha sonra dövlət ittihamçısı çıxış edərək, Elnur Mövlamova 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Elnur Mövlamov isə Rəşadət Fərzəliyevlə barışdığı halda ona 180.2.4 maddəsi ilə ittiham elan olunmasını düzgün saymayıb. O, yalnız 178.3.2 maddəsi ilə özünü qismən təqsirli bilib. Digər zərərçəkmiş, Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıb. Müşavirədən sonra hökm elan olunub. Elnur Mövlamov ittiham olunduğu hər iki maddə üzrə təqsirli bilinərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.
Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə Alim Qasımovun həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyev zərərçəkmiş qismində tanınıb.
O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur.
Xatırladaq ki, F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












