Alimlər Xəzər dənizinin dayazlaşmasının səbəbini tapdı

Alimlər Xəzər dənizinin İtil çayı deltası yaxınlığındakı dayazlaşmanın yeni səbəbini aşkarlayıblar.
Avtosfer.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Həştərxan Təbiət Qoruğu ilə birlikdə İtil çayının (indiki Volqa) deltasında və Xəzər dənizinin şimal hissəsində dayazlaşmanın səbəblərini araşdırmaq məqsədilə ekspedisiya həyata keçiriblər.
Ekspedisiya zamanı su nümunələri deltada, Qandurinski kanalında və Xəzər dənizinin 50 km-dək ərazilərində götürülüb. 2021-ci ildən sonra ilk dəfə olaraq Malıy Jemçujnı adasının yaxınlığında şirin və dəniz suyunun qarışdığı zona müşahidə olunub ki, bu da zəif yaz axını ilə bağlıdır.
"Sentinel-2" peyklərinin məlumatları sayəsində qarışma zonalarının dəqiq xəritəsi tərtib edilib. Alimlərin sözlərinə görə, əldə olunan nəticələr dayazlaşmanın qarşısını almaq üçün effektiv üsulların hazırlanmasına və Xəzər dənizinin şimal hissəsində mühafizə olunan dəniz ərazilərinin yaradılmasına zəmin yaradacaq.(Musavat.com)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












