Amnesty International özünü ifşa etdi - Milli QHT Forumu

Azərbaycan Milli QHT Forumu “Amnesty International” təşkilatının 2026-cı il fevralın 17-də Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslər barədə açıqlaması ilə əlaqədar bəyanat yayıb.
Avtosfer.az “Report”a istinadən bəyanatı təqdim edir:
“Biz – yüzlərlə Azərbaycan QHT-lərini birləşdirən çətir təşkilat - Azərbaycan Milli QHT Forumu olaraq, “Amnesty International” təşkilatının Ruben Vardanyan daxil olmaqla, erməniəsilli şəxslərin ədalət məhkəməsi tərəfindən mühakimə olunmasına etiraz edən çağırışını hiddətlə qarşılayırıq. Bu bəyanatla “Amnesty International” Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı, özünü rüsvayçılıqla ifşa etdi, müharibə cinayətkarları ilə eyni cərgədə dayandı.
Qəribədir, müstəqil xarici siyasət kursu olan Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün Rusiyadan Qarabağa göndərilmiş emissarlar - Ruben Vardanyan və digərlərinin həbsi, ədalətli mühakiməsi və barələrində məhkəmə qərarları “Amnesty International”ı özündən çıxarır.
Qarabağdan əvvəl hələ Ukraynada separatizmin, terrorçuluğun maliyyələşdirilməsində, “çirkli pulllar”ın yuyulmasında istifadə olunan oliqarx Ruben Vardanyanı siz sadəcə “tanınmış biznesmen” kimi qələmə verməklə kimi aldadırsınız?! “Amnesty International” həqiqətən hüquqa, ədalətə, humanizmə xidmət etsəydi, pul maraqlarına görə Vardanyan ailəsinin, Vardanyanın Böyük Britaniyadakı lobbiçilərinin əlində cılız alət olmağı özünə rəva bilməzdi.
“Amnesty International” terrorçuları müdafiə edən bu açıqlamasına görə Azərbaycan cəmiyyəti, dünyada ədalət mübarizəsi aparan, terrorçuluqdan, müharibə cinayətlərindən, soyqırımlardan əziyyət çəkən bütün insanlar qarşısında utanmalıdır.
Ruben Vardanyan və digər erməniəsilli şəxslərin cinayətlərinin ifşası, onların cəzalandırılmasının alqışlanması əvəzinə, “Amnesty International” bu cür təxribatı ilə Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə də xələl vurmağa, daşnak təfəkkürlü revanşistlərə mənəvi dəstək olmağa çalışır.
Maraqlıdır, ermənilərlə bağlı məhkəmə işlərinə bu qədər vaxt ayıran “Amnesty International” niyə 30 ilə yaxın işğal dövrü ərzində Ermənistanın təcavüzündən əziyyət çəkən azərbaycanlıların hüquqlarını müdafiə etmədi?
Hüquqi qərarlar siyasi təzyiq vasitəsi ilə dəyişdirilə bilməz. Regionda davamlı sülh yalnız ədalətin təmin edilməsi ilə mümkündür”.
Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə təxribatın qarşısını aldılar - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO
Orxan Lökbatanlının ölüm xəbəri ilə bağlı AÇIQLAMA - FOTO










