ANAMA yanğınlarla bağlı vətəndaşlara çağırış edib

ANAMA işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.
Bu barədə Avtosfer.az-a ANAMA-nın Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur:
"Bu səbəbdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara çağırış edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər!
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər. Eyni zamanda, qeyd edək ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir. İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur".
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











