Ankarada suriyalılar Türkiyə vətəndaşını öldürüb, etnik qarşıdurma yaranıb - FOTO

Ankaranın Altındağ rayonunun Battalqazi məhəlləsində yerli əhali ilə suriyalılar arasında qarşıdurma olub.
Avtosfer.az-ın xəbərinə görə, suriyalı miqrantların çoxluq təşkil etdiyi məhəllədə Türkiyə vətəndaşı olan iki gəncin suriyalılar tərəfindən bıcaqlanması və 18 yaşlı gəncin ölümü məhəllə sakinlərinin etirazına səbəb olub. Belə ki, 10.08.2021 tarixində yerli vaxtla saat 21:30 radələrində iki qrup arasında qarşıdurma olub, iki Türkiyə vətəndaşı yaralanıb, xəstəxanaya aparılıb, 18 yaşlı Əmirxan Yalçın həkimlərin müdaxiləsinə rəğmən həyatını itirib. Hadisə ilə əlaqədar xarici ölkə vətəndaşı Yəhya Abdo və Məhəmməd Abdo “qəsdən adam öldürmə” maddəsi ilə həbs olunub.
Əmirxan Yalçının ölümündən sonra küçələrə çıxan yerli sakinlər Battalqazi məhəlləsindən suriyalıların çıxarılmasını tələb ediblər. Bir qrup suriyalıların təhlükəsizlik məqsədilə təxliyə olunması prosesində gərginlik yaşanıb, onların iş yerlərinə və avtomobillərinə hücum edilib.
Gərginliyi azaltmaq üçün hadisəyə çox sayda polis müdaxilə edib.
Qeyd edək ki, 50 minədək əhalisi olan Batallqazi məhəlləsində əhalinin 10 mindən çoxunun suriyalı olduğu bildirilir.
Hazırda Ankara valiliyi əhaliyə təxribatlara uymamaqla bağlı çağırış edib və gərginliyin aradan qaldırıldığını bildirib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












