Arvadının xəyanətini eşidən kişi qətliam törətdi

ABŞ-ın Kentukki ştatının Meyfild şəhərində arvadının ona xəyanət etdiyini öyrənən kişi bütün ailə üzvlərini öldürüb və intihar edib.
Bu barədə “Daily Mail” xəbər verir.
Belə ki, 41 yaşlı Kayl Milliken “Facebook” səhifəsində evlilik problemləri barədə yazıb:
“Uşaqlar hər şeydir və qadınlar gəldi-gedərdir. Əgər o bədbəxtdirsə, sən onu xoşbəxt edə bilməzsən! Gec-tez bu baş verir, amma birini seçib onunla illərlə maraqlandığınızda və yenə də sizə xəyanət edəndə nə edərsiniz? Yalnız bir nəfər həqiqətən nə olduğunu bilir”.
Milliken oğullarını hədsiz dərəcədə sevdiyini və həmişə onlara daha yaxşı bir gələcək təmin etməyə çalışdığını vurğulayıb. O, yazıya uşaqlarının 80 fotoşəkilini də əlavə edib.
Bundan yeddi saat sonra əyalət polisi çağırışa gedib. Polis Kaylın, 35 yaşlı həyat yoldaşı Eşlinin və oğulları - 13 yaşlı Kjay və 8 yaşlı Kaikonun cəsədlərini tapıb.
Yerli keşiş Çad Lamb Millikenlərin əməksevər və hörmətli bir ailə olduqlarını, ölüm xəbərlərinin onu şoka saldığını deyib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












