ASCO-da “SAP Ariba” sistemi uğurla tətbiq olunub

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) satınalma və təchizat zəncirinin idarə edilməsində rəqəmsal transformasiyanı gücləndirmək məqsədilə “SAP Ariba” platformasını uğurla tətbiq edib.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, bulud əsaslı “SAP Ariba” həlli “Intelligent Spend Management” (xərclərin ağıllı idarə edilməsi) portfelinə daxil olmaqla, SAP S/4HANA sistemləri ilə inteqrasiya olunmuş şəkildə istifadəyə verilib. Bu inteqrasiya real vaxt rejimində məlumat mübadiləsini təmin edərək təchizatçı seçimi, satınalma sifarişləri, təsdiqlər, müqavilələr və faktura proseslərini vahid platformada birləşdirir.
Layihə çərçivəsində “SAP Ariba” platformasının “Ariba Sourcing”, “Ariba Contracts” və “Ariba Supplier Lifecycle and Performance” (SLP) kimi üç əsas modulu ASCO-da tətbiq olunub.
Yeni platforma ASCO-da qərarvermə proseslərində analitik yanaşmanı gücləndirir, şəffaflığı artırır və resursların daha səmərəli istifadəsinə şərait yaradır. Bulud əsaslı infrastruktur isə sistemin gələcəkdə genişləndirilməsi və funksional imkanlarının artırılması üçün dayanıqlı əsas yaradır.
Qeyd edək ki, layihə ASCO və “ORBITSON CO.” şirkətlərinin mütəxəssislərinin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI












