Avqustun 8-dən sonra biz tamam başqa Cənubi Qafqazda yaşayırıq - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün xalqa müraciət edərək, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün bərqərar olduğunu və bu məsələdə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının əvəzsiz rol oynadığını vurğulayıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Paşinyan öz müraciətində Vaşinqton razılaşmalarından sonra - 30 ildən sonra Ermənistanın bütün kommunikasiyalarının açıldığını qeyd edib:
"Biz - Üçüncü Respublikanın vətəndaşları olaraq, sülh şəraitində yaşamağın, işləməyin nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən bəri biz daim münaqişə atmosferində, müharibə və ya nə sülh - nə müharibə şəraitində yaşamışıq. 8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu, asan deyil, çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır".
Paşinyan vurğulayıb ki, Ermənistan sülhü sıfırdan öyrənməlidir - sülh nədir, necə olur və necə görünür?
"Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu, təkbaşına yox, Azərbaycanla birlikdə olacaq", – deyə o bildirib.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












