Avropa və Asiyada benzinin qiyməti 40 faiz yüksəlib

Avropa və Asiyada istehlakçılar ABŞ və İsrailin İrana qarşı əməliyyatları başlayandan bəri aviasiya yanacağının qiymətinin 35%, benzinin isə 40% artması ilə üzləşiblər.
Avtosfer.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) kommunikasiya direktoru Culi Kozak bildirib.
BVF nümayəndəsinin sözlərinə görə, neft qiymətlərindəki dəyişikliklər neft məhsulları bazarına "dalğavari təsir" göstərir. Bunun nəticəsində aviasiya yanacağı, neft emalı məhsulları və neft-kimya sənayesi məhsullarının ehtiyatları azalaraq aşağı səviyyəyə enir.
İran ətrafında yaranan eskalasiya Fars körfəzi ölkələrindən dünya bazarına neft və mayeləşdirilmiş təbii qazın daşındığı əsas marşrut olan Hörmüz boğazının faktiki bloklanmasına səbəb olub. Bu vəziyyət həm neft ixracına, həm də hasilat səviyyəsinə mənfi təsir göstərib.
Nəticədə dünyanın əksər ölkələrində yanacaq və sənaye məhsullarının qiymətlərində artım müşahidə olunur.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












