Avropa yollarında ən çox ölümlərin olduğu ölkələr açıqlanıb

Yollarında avtomobil qəzalarında ən çox ölümlərin qeydə alındığı Avropa ölkələri açıqlanıb.
APA-nın xəbərinə görə, Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatlarına əsasən, Avropada avtomobil sürmək üçün ən təhlükəli ölkə Bolqarıstandır.
Keçən il Bolqarıstanda yol qəzalarında 526 nəfər ölüb, hər milyon nəfərə 82 ölüm düşüb. Bu, Avropa İttifaqı üzrə orta göstəricidən 79% çoxdur.
İkinci yerdə 2023-cü ildə yollarında 1545 nəfərin öldüyü, hər milyon nəfərə 81 ölümün düşdüyü Rumıniya gəlir. Bu, Avropa İttifaqının orta göstəricisindən 78% çoxdur. Üçüncü və dördüncü yerlərdə Serbiya və Latviya qərarlaşıb. Orada yollarda ölüm halları Avropa İttifaqı üzrə orta göstəricidən 66% yüksəkdir.
Ən cəlbedici tətil istiqamətləri də avtomobil sürmək üçün ən təhlükəli yerlər arasındadır. Xorvatiya ölüm nisbəti Avropa İttifaqının orta göstəricisi ilə müqayisədə 56% çox olmaqla beşinci yerdə qərarlaşıb. Yollarında qəzalarda ölüm göstəriciləri Avropa İttifaqının orta göstəricisindən 32% çox olan Portuqaliya və 31% çox olan Yunanıstan növbəti sıralardadır.
İlk onluqda İtaliya da yer alıb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










