Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi - VİDEO

“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəliyyət göstərəcək kazino barədə məlumat verib. Avtosfer.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib. Ağalarovun sözlərinə görə, bu, Avropanın ən böyük kazinosu olacaq. O qeyd edib ki, ərazisi 90 min kvadratmetrdən çox olan kazino xarici turistləri Azərbaycana cəlb edəcək, yüksək maaşlı iş yerləri yaradacaq. Burada 100-dən çox oyun stolu və 1500-dən çox oyun avtomatı olacaq. Kazinoda həmçinin dünyanın müxtəlif ölkələrindən 3-5 min qonağın iştirak edəcəyi beynəlxalq poker turnirləri də keçirilə biləcək.
Məlumata görə, yalnız bir kazino daxili bazarda ildə 150 milyon dollardan çox pul xərcləyəcək.
“Bu sahədə böyük planlarımız var və mən sizinlə vizuallaşdırmalarımızı, qlobal ideyalarımızı paylaşıram. Bu layihəni reallaşdırmaq üçün bütün təsdiq və icazə mərhələlərini gözləyirik” - Ağalarov qeyd edib.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












