Polislər Bakıda koronavirus xəstəsini avtobusda yaxaladı - VİDEO

Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusunda aktiv koronavirus xəstəsi polis əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xidməti ərasidə profilaktik tədbir keçirilən zaman bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib. Onun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.
Emin
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












