Avtobusdan istifadə edən sərnişinlərə şad xəbər

Bakının bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hazırda Ziya Bünyadov prospektində 12 dayanacaqdakı Avtobus İnformasiya Terminallarında avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları ilə inteqrasiya prosesi test edilir. Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Sərnişin stansiya qurğuları və avtomobilləri” dövlət standartı təsdiq edilib. Standartda avtobus və taksi dayanacaqlarının tərtibatı da öz əksini tapıb. Belə ki, avtobus və taksi dayanacaqları sərnişinlər üçün informasiya məzmunlu xüsusi dayanacaq lövhələrinin təyinatından asılı olaraq müvafiq xüsusi yol nişanları ilə təchiz olunmalıdır. "Avtobus dayanacağı” lövhəsində dayanacağın adı və ya nömrəsi, marşrutun nömrəsi, son təyinat məntəqəsi, hərəkət intervalı, marşrut üzrə birinci və sonuncu reyslərin vaxtı və s. göstərilməlidir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












